Ermənistan ordusunun hərbçisi ölüb.
Modern.az Ermənistan KİV-nə istunadən xəbər verir ki, hadisə mayın 22-də günorta saatlarında cənub-qərb istiqamətindəki döyüş postlarından birində baş verib.
Ölən əsgərin Gümrüdən hərbi xidmətə çağrılan Martin Xaçatryan (1998-ci il) olduğu açıqlanıb. Onun qarın nahiyəsindən güllə yarası aldığı müəyyən olunub. Hadisənin baş vermə səbəbləri araşdırlır.