Modern.az

Gəlin Allahdan qorxaq, ədalətli olaq!

Gəlin Allahdan qorxaq, ədalətli olaq!

Aktual

23 May 2018, 12:14

Mətbuat-cəmiyyət, mətbuat-hakimiyyət münasibətləri Azərbaycanda daim diqqət mərkəzindədir.

Modern.az saytı olaraq biz parlamentlə daim əməkdaşlıq edir və burada gedən prosesləri izləyir, yeri gələndə hətta bəzi məsələlərin hüquqi yolla həllinə təsir də göstərə bilirik. Bizim saytı izləyənlər bilirlər ki, yeri gələndə obyektiv və prinsipial olaraq deputatların çatışmayan cəhətlərini və  nöqsanlarını da  kəskin tənqid edirik.

Bununla yanaşı, uzun müddətdir fəaliyyətini izlədiyimiz, seçki qərargahına daxil olan ərizələrin 50 faizdən çoxunu çözən, qəbula gələnlərin 60 faizdən çoxunu dinləyən Hadi Rəcəblidir. O, Qarabağ döyüşçülərinin, jurnalistlərin, ziyalıların daim yanındadır. Bizə daxil olan məktub, müraciət, telefon zənglərində bu deputata qarşı aparılan ardıcıl təxribatların qarşısına çıxmağın vacibliyi deyilir.
 
Son günlər sosial şəbəkələrdəki bəzi səhifələrə çıxarılan şəhidin valideyni və şəhidlə bağlı fikirlərin tamamilə yalan və əsassız olduğunu biz də araşdırdıq. Məlum oldu ki, Hadi Rəcəbli bu haqda heç bir mətbuata, sayta, Facebook səhifəsinə müsahibə verməyib, hətta tam əksinə, İcra Hakimiyyəti başçısına zəng vuraraq, bu ailəyə qayğı və diqqətin artırılmasını xahiş edib.

İctimaiyyətin əksər hissəsi bu cür təhrif olunmuş yazılara qarşı çıxır. Hadi Rəcəbli kimi jurnalistlərə açıq, xalq adamlarını daim müdafiə etməyin vacibliyini qeyd edirlər. Gəlin Allahdan qorxaq, ədalətli olaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır