Modern.az

Qəddafinin milyonlar xərclədiyi müğənnilər siyahısı...

Qəddafinin milyonlar xərclədiyi müğənnilər siyahısı...

Təhsil

26 Avqust 2011, 13:59

42 illik hakimiyyəti dövründə Liviya lideri Müəmmər Qəddafinin bir sıra amerikalı ulduzlarla əlaqəsi olub. Modern az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Liviya liderinin  ABŞ-ın tanınmış ulduzlarına yüksək məbləğlərdə pullar xərclədiyi məlumdur.  

“50 Sent” (“Fifty Sent”) qrupu 2005-ci ildə Qəddafi ailəsinin xüsusi dəvətini alıb.
Lionel Riçe 2006-cı ilin aprel ayında Qəddafinin təşkil etdiyi bir tədbirə qatılıb.
Yenə həmin ildə Enrike İqlesias Qəddafinin Yeni il şənliyində səhnəyə çıxıb. Müğənninin meneceri şou üçün yüksək məbləğdə pul ödənildiyini açıqlamışdı.
Nellu Furtado “Tvitter” səhifəsində  “2007-ci ildə İtaliyada 45 dəqiqəlik səhnə şousu üçün Qəddafidən 1 milyon dollar aldım”-deyə yazmışdı.
Merih Karey Qəddafinin Yeni il şənliyinə qatılan ulduzlardan biridir. Ancaq o ifa etdiyi 4 mahnı üçün aldığı məbləği açıqlamır. Bundan əlavə Biyons, Aşar, Russel Simons da Qədafinin təşkil etdiyi tədbirlərdə  iştirak ediblər. Ancelina Coli də aprel ayında Liviyanı ziyarət etmişdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım