Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumatda bildirlir ki, Sumqayıt şəhəri ilə H.Z.Tağıyev qəsəbəsini birləşdirən magistral yolun yaxınlığındakı “Azərikimya” İstehsalat Birliyinə aid dəmir yolu xəttində aparılacaq təmir işləri ilə əlaqədar avqustun 26-da gecə saat 24:00-dan avqustun 27-si səhər saat 8:00-a kimi Bakı–Quba magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. Həmin istiqamətdə hərəkət edən sürücülərdən qeyd olunan müddət ərzində yeni Bakı–Quba yolundan istifadə etmələri xahiş olunur.
Modern.az