Modern.az

QHT-lər Qəbələdə Milli QHT Forumuna hesabat verəcəklər

QHT-lər Qəbələdə Milli QHT Forumuna hesabat verəcəklər

Təhsil

26 Avqust 2011, 16:03

Bu gün Milli QHT Forumu Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tədbirlər planı əsasında QHT-lərin müsbət təcrübəsinə həsr olunmuş müzakirə və debatlar keçirilib. Şuranın baş mühasibi Tofiq Həsənov, MQF-nin Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ RQRTM-in əhatə dairəsində olan rayonlarda qeydiyyatda olan  QHT-lərin və Qəbələ  şəhər ictimaiyyətinin 30 nəfərdən çox  nümayəndəsi iştirak edib.

MQF Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə Tofiq Həsənov tədbirin mahiyyəti haqda iştirakçılara məlumat verib və bundan sonra belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib.

Qərara alınıb ki, bu il Qəbələ QHT-ləri tərəfindən son 5 ildə həyata keçirilmiş layihələr və digər fəaliyyətlər nəticəsində toplanmış təcrübə və əldə edilmiş uğurlar barəsində hər bir QHT və mərkəzi QHT-lərin yerli şöbələri tərəfindən hesabatlar hazırlanaraq Qəbələ RQRTM-inə təqdim edilsin.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım