Modern.az

“Məktəblərdə olan problemlərin kökü kadrlardadır”  

“Məktəblərdə olan problemlərin kökü kadrlardadır”   

24 May 2018, 12:38

“Məktəblərdə olan problemlərin kökü kadrlardadır. Təhsil Nazirliyi hər bir məktəbə nəzarət edə biləcək gücdə deyil. Əgər məktəbdə direktor, direktor müavinləri və müəllimlər yerindədirsə, həmin məktəbdə heç bir problem ola bilməz”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib. O deyib ki, pedaqoji kadrların seçilməsi ilə bağlı tələblərin konkret müəyyənləşdirilməsi məktəbləri kadr potensialı baxımından sağlamlışadıracaq.

“Heç kəsə sirr deyil ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvələrində kolxoz və sovxoz sistemi dağılandan sonra kimlər müəllim oldu. Qanunvericilikdə edilən dəyişikliklər məktəbləri kadr baxımından tamamilə sağlamlaşdıracaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər