Modern.az

Gənclər Ramil Səfərovun ailəsini ziyarət ediblər (FOTO)

Gənclər Ramil Səfərovun ailəsini ziyarət ediblər (FOTO)

Təhsil

26 Avqust 2011, 18:49

Macarıstanın paytaxtı Budapeştdə ömürlük həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ad günü ilə bağlı bir qrup gənc – Facebook istifadəçisi avqustun 26-da onun ailəsinə baş çəkib.
Modern.az saytının məlumatına görə, gənclər zabitimizin atası Sahib Səfərovla görüşərək 34 yaşı tamam olan Ramil Səfərova təbriklərini çatdırmalarını istəyiblər. Eyni zamanda onun 35 yaşını evində ailəsylə qeyd etməsini arzulayıblar.
Daha sonra görüş iştirakçıları Sahib Səfərovla şəkil çəkdiriblər.

Qeyd edək ki, şənbə günü Ramil Səfərova ailəsilə telefon əlaqəsi qirmaq imkanı veriləcək.

Bu gənclər Facebook sosial şəbəkəsində xeyli vaxtdır Ramil Səfərovla bağlı aksiya təşkil ediblər. Onlar Ramil Səfərovun ad günü ilə əlaqədar öz profillərinə Ramilin şəklini yerləşdiriblər.


Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım