Modern.az

Sabiq deputat kitab yazır

Sabiq deputat kitab yazır

Təhsil

26 Avqust 2011, 18:58

Keçmiş deputat, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvi Həvva Məmmədova Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim işləyir.

Bunu Modern.az-a açıqlamasında Həvva Məmmədova özü deyib.

“Hazırda Azərbaycan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, müəllimiyəm. Bundan əlavə, Xocalı mənim böyük tədqiqat işim olaraq qalır. Xocalı faciəsi ilə əlaqədar bir sıra kitablarım var. “Əsirlik həyatı yaşamış qadınların taleyi”, “Xocalı - şəhidlər, şahidlər”i buna misal çəkmək olar. Sonuncu kitabım rus və ingilis dillərinə də tərcümə edilib”.

Xocalıya aid yeni kitab üzərində işləyən keçmiş deputat bununla bağlı filmlərin çəkilməsinə, ssenarilərin yazılmasına da hazırlaşdığını vurğulayıb.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım