Modern.az

Benqazidə partlayış: 7 ölü

Benqazidə partlayış: 7 ölü

25 May 2018, 09:59

Benqazidə avtomobilin partladılması nəticəsində 7 nəfər həyatını itirib.

 

Modern.az “Reuters” Agentliyinə istinadən xəbər verir ki, otel yaxınlığında baş vermiş partlayış nəticəsində həmçinin 10 nəfər yaralanıb.

 

Tibesti otelinin maşınlar üçün dayanacağında maşınlarda birinin partlaması nəticəsində 7 ədəd ona yaxın maşın yararsız hala düşüb.

Hazırda heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

 

Qeyd edək ki, mayın əvvəllərində Liviyanın paytaxtı Tripolidə Mərkəzi Seçki Komissiyasının qərargahına silahlılar tərəfindən basqın olub. Hadisə nəticəsində 16 nəfər həyatını itirib, 19 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu