Modern.az

Mərkəzi Elmi Kitabxanaya “Türk-Ermeni edebi ilişkileri” adlı yeni kitab daxil olub 

Mərkəzi Elmi Kitabxanaya “Türk-Ermeni edebi ilişkileri” adlı yeni kitab daxil olub 

25 May 2018, 10:03

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Türk-Ermeni edebi ilişkileri” adlı yeni kitab daxil olub. Kitab Azərbaycanın görkəmli alimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 1976-cı ildə nəşr olunmuş “Azərbaycan-erməni ədəbi əlaqələri” əsərinin Türkiyədə yenidən nəşr olunmuş versiyasıdır. Kitabın Türkiyə türkcəsində nəşrə hazırlayanı redaktor  Telli Akhun Korkmaz və professor Mehmet Kutalmışdır.  

Kitab yalnız Azərbaycan-erməni ədəbi əlaqələrini deyil, ən qədim yazılı mənbələrdən, hətta tarixi ənənələrdən başlayaraq yazıldığı dövrə qədər təxmini 1500 illik böyük bir zaman əhatəsində Türk-erməni dili, ədəbiyyatı, tarixi və mədəniyyətini qarşılaşdırıb araşdıran ciddi, ətraflı, zəngin və əhəmiyyətli bir əsərdir. Kitabda erməni dilinin və ədəbiyyatının qədim türk dili və ədəbiyyatı əsasında formalaşması mövcud yazılı abidələrin, şifahi xalq ədəbiyyatı nümunələrinin, dastan və klassik əsərlərin qarşılıqlı müqayisəli təhlili yolu ilə sübut edilir.

MEK-ə həm çap, həm də elektron formatda təqdim edilən, tariximizin bir çox mübahisəli suallarına ayna tutan nəşr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.


İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu