Modern.az

Magistratura imtahanının II mərhələsində iştirak edəcək bakalavrlara XƏBƏRDARLIQ

Magistratura imtahanının II mərhələsində iştirak edəcək bakalavrlara XƏBƏRDARLIQ

25 May 2018, 10:22

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 2-ci mərhələsi iyunun 3-də keçiriləcək. Buraxılış vərəqəsini çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8  linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu