Milli Məclisin deputatları Elmira Axundova və Arif Rəhimzadə Kanadada Niaqara Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyət və incəsənət günləri ilə bağlı keçirilən tətbirdə iştirak ediblər.
Bu barədə Modern.az saytına Elmira Axundova məlumat verib. O, qeyd edib ki, Kanadada dörd saat Azərbaycan mədəniyyət və incəsənət günləri keçirilib və burada Azərbaycan musiqisinin müxtəlif janrları səsləndirilib. Deputat qeyd edib ki, Azərbaycan musiqisinə Kanadada böyük maraq var.
Onun sözlərinə görə, festivalda İsmayıl Hacıyevin rəhbərlik etdiyi “İpək yolu” kamera orkestri Azərbaycanın böyük musiqiçisi Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasını ifa edib.
Bu ifanın iştirak edən bütün nümayəndələr tərəfindən maraqla qarşılandığını deyən E.Axundova Ramiz Quliyevin ifasında “Qarabağ şikəstəsi” nin, həmçinin Tofiq Quliyevin mahnılarının səsləndirildiyini də qeyd edib:
“Gənc piano ifacısı Rinad Məmmədovun ifası, bəstəkar Firəngiz Əlizadənin “Yanardağ” əsəri böyük maraqla qarşılandı”.
Deputat onu da bildirib ki, İtaliya, Fransa və Kanda musiqiçiləri Azərbaycan mahnılarını ifa ediblər. “Hətta Niaqara Beynəlxalq Musiqi Festivalının rəhbəri də Azərbaycan musiqisi ifa etdi. Bu, böyük hadisədir. Kanadanın ayrı-ayrı bölgələrindən azərbaycanlılar milli musiqimizi dinləmək üçün bu tədbirə qatılmışdılar. Azərbayacan mədəniyyət və incəsənət günlərinin bu şəkildə təşkilində görə Mədəniyyət və Turizim Nazirliyi, Heydər Əlivey Fondu əsas rol oynayır. Onlara minnətdarlımızı bildirirəm”.
“Mən bu tədbirin belə keçməsində məşhur musiqiçimiz Cövhər Hacıyevanınin oğlu Mikayıl Hacıyevin xidmətlərini xüsusi ilə qiymətləndirmək istəyirəm” deyən E.Axundova həmcinin bu tədbirdə gənc bəstəkar Kərəm Əkbərovun Qəbələ ilə bağlı səsləndirdiyi ifanın da tamaşaçılar tərəfindən alqışlarla qarşılandığını diqqətə çatdırıb.
Sədaqət