Modern.az

Azərbaycan Almaniyaya nota verib

Azərbaycan Almaniyaya nota verib

Təhsil

27 Avqust 2011, 13:26

Modern.az-ın məlumatına görə, ermənilər sentyabrın 19-da Almaniyanın Ştutqart şəhərində qondarma “Dağlıq Qarabağ Respublikasının” 20 illiyi ilə bağlı tədbir keçirməyi planlaşdırırlar. Tədbir Ermənistan tərəfindən “Ermənistan mədəniyyət günləri Ştutqart-2011” çərçivəsində keçiriləcək.

Azərbaycan məsələ ilə əlaqədar artıq Almaniya Federal Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi bu ölkənin XİN-dən alman ictimaiyyətinin aldadılmasına yönəlmiş və işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan işğalçı rejimin siyasi təbliğatının həyata keçirilməsi məqsədini güdən Ermənistanın bu fitnəkarlığının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş edilib. AFR Xarici İşlər Nazirliyi cavabında məsələ ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olmadığını, AFR Federal Hökuməti tərəfindən Dağlıq Qarabağda mövcud rejimin və onun hər hansı nümayəndəsinin tanınmadığını bildirib.

Eyni zamanda, Baden-Vürttemberq federal torpağında, Ştutqart şəhərində yerləşən Azərbaycanın fəxri konsulluğu tərəfindən də Ştutqart şəhərinin baş meri Volfqanq Şusterin və birinci meri Mixail Fölün ünvanına Ştutqartdakı fəxri konsulluq vasitəsilə müvafiq etiraz və izahedici məktublar göndərilib, göstərilən fitnəkarlığın yolverilməz və qəbuledilməz olduğu bildirilib.

Ermənilərin növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir. Bununla yanaşı, Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və orada yaşayan həmvətənlərimiz tərəfindən də tədbirin qarşısının alınması üçün müvafiq etiraz aksiyaları həyata keçirilməkdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım