Modern.az

Ermənistan BMT-də Gürcüstana qarşı iddia qaldırmağa hazırlaşır

Ermənistan BMT-də Gürcüstana qarşı iddia qaldırmağa hazırlaşır

Təhsil

27 Avqust 2011, 13:41

Saakaşvili hakimiyyəti isə susur


Ermənistan mətbuatı Gürcüstanı ermənilərə məxsus tarixi və mədəni abidələri dağıtmaqda ittiham edib. Modern.az saytı erməni mətbuatına istinadən bildirir ki, erməni alimləri bununla bağlı yaxın zamanlarda beynəlxalq məhkəmələrə müraciət edəcək.
Hətta onlar məsələni BMT-də qaldıracaqlarını bildiriblər. Bu məsələdə Ermənistan hakimiyyəti erməni alimlərinə hərtərəfli və açıq dəstək verir.

Gürcüstan tərəfinin isə məsələyə adekvat cavabı yoxdur. Gürcü alimlərin ara-sıra reaksiyaları nəzərə alınmasa, Saakaşvili hakimiyyətinin bu məsələdə loyallığı açıq müşahidə olunur.

Məsələyə Azərbaycan Milli Məclisinin deputatı, tarixçi professor Musa Qasımlının münasibətini öyrəndik.

Deputat bildiridi ki, ermənilər Tiflisi öz paytaxtları hesab edirlər:

“Onlar Tiflisdəki abidələri erməni abidəsi kimi təqdim edirlər. Bu gün də ermənilər Gürcüstan ərazisinə müəyyən iddialar irəli sürürlər. Bu iddialarını əsaslandırmaqdan ötrü hümanitar məsələləri bir qalxan kimi istifadə edirlər. Yəni bir erməni kilsənini, erməni dilində olan yazını erməni abidəsi kimi qələmə verərək həmin ərazilərə öz iddialarını əsaslandırmağa çalışırlar. Ermənilər bu gün Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddiasını gizlətmir. Həmin ərazidə hətta dövlət idarələrinin binalarının üzərində yazıların bir qismi erməni dilindədir. Hətta burada Gürcüstanın dövlət qurumlarının binalarının üzərində Ermənistan bayraqları asılır. Bunun da kökləri var”.

M.Qasımlı deyir ki, ermənilər Cavaxetiyaya gəlmədilər, amma buna baxmayaraq onlar yığcam halda yaşadıqlarından həmin ərazilərə iddia irəli sürürlər:
“Bir də 1918-20-ci illərdə Ermənistanla Gürcüstan arasında  müharibə oldu, bu müharibə Gürcüstan ərazilərinə sahib olmaq uğrunda Ermənistan tərəfindən aparıldı. Erməni-gürcü münasibətlərində çox dərin ziddiyətlər var. Gürcüstanın ərazi bütövlüyünün pozulmasında, Abxaziyada gürcülərə qarşı hərbi əməliyyatların keçirilməsində erməni batalyonları fəal şəkildə iştirak etdilər. Həmin ərazilərdən gürcülərin qovulmasında böyük rol oynadılar. Ermənilərin müəyyən dairələri hesab edir ki, onlar Dağlıq Qarabağ məsələsini həll etdikdən sonra növbədə Cavaxetya, Naxcıvan və Türkiyəyə ərazi iddiaları məsələsi dayanır”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım