Modern.az

Peskov Putinin yuxusuz gecələrindən danışıb

Peskov Putinin yuxusuz gecələrindən danışıb

Aktual

26 May 2018, 20:31

 

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin gündəlik qrafikinin sıx olduğundan gecələr yatmır.

 

Modern.az-ın  verdiyi xəbərə görə, Peskov qeyd edib ki, adətən forum zamanı yatılmır:

 

“Prezidentin gündəlik qrafikinin bütün saatları məşğuldur. Hazırda Fransa, Yaponiya, Mərkəzi Afrika Respublikasının prezidentləri onun qonağıdır. Onlar foruma gəliblər”.

 

Aparıcının prezidentin yatmağa imkanı olmayacağı ilə bağlı sualını Peskov belə cavablandırıb:

 

“Əlbəttə, axı onlar prezidentin qonaqlarıdır”. (oxu.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu