Modern.az

Azərbaycanın Kanadadakı səfiri: “Beş ildə ilk dəfədir ki, deputatlarımız bu tədbirə qatılıblar”

Azərbaycanın Kanadadakı səfiri: “Beş ildə ilk dəfədir ki, deputatlarımız bu tədbirə qatılıblar”

Təhsil

27 Avqust 2011, 14:59

Avqustun 26-da Kanadada  Niaqara Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan mədəniyyət və incəsənət günləri keçirilib.

Bu barədə Modern.az saytına Azərbaycanın Kanadadakı səfiri Fərid Səfiyev məlumat verib. O qeyd edib ki, artıq bu məsələ ənənəyə çevrilib.
“2006-cı ildən hər il Kanadada Niaqara beynəlxalq musiqi festivalında Azərbaycan da təmsil olunur. Bu məsələdə Kanadada yaşayan həmyerlimiz İsmayıl  Hacıyevin böyük xidmətləri var”-deyən səfir eyni zamanda tədbirin yüksək şəkildə təşkil olunmasına görə Mədəniyyət və Turizim Nazirliyinə, Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Fərid Səfiyev həmçinin qeyd edib ki, Azərbaycanın Kanadadakı səfirliyi də Azərbaycan mədəniyyət və incəsənət günlərinin daha yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələn bütün işləri görür.

Səfir bildirib ki, Niaqara Beynəlxalq Musiqi Festivalının dörd saatı Azərbaycan mədəniyyət və incəsənət günlərinə verilib:
“Niaqaranın keçmiş meri, indiki icra başcısı Qeri Borouz Azərbaycan mədəniyyət və incəsənətinə böyük maraq göstərdiyini əyani şəkildə sübüt edib”.

Sonda səfir onu da qeyd edib ki, beş il davamlı olaraq keçirilən belə tədbirlərdə ilk dəfədir ki, Azərbaycan Milli Məclisinin deputatları da iştirak edir.

Xatırladaq ki, həmin tədbirdə Mİlli Məclisin komitə sədri Arif Rəhimzadə və Sosial siyasət komitəsinin üzvü Elmira Axundova iştirak edir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım