Mayın 27-nə keçən gecə UEFA Çempionlar Liqasında 2017-2018 mövsümünün final oyunu keçirilib.
Modern.az-ın xəbərinə görə, həlledici oyunda “Real” və “Liverpul” komandaları üz-üzə gəlib.
3:1 hesabı ilə qalib gələn Madrid klubu ardıcıl 3-cü, ümumilikdə isə 13-cü dəfə turinirin qalibi olub.
"Liverpul"da Məhəmməd Salah 29-cu, "Real"da isə Daniel Karvahal 37-ci dəqiqədə zədələnərək meydanı tərk ediblər.
“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1
Qollar: Benzema, 51 (1:0), Mane, 55 (1:1), Beyl, 63 (2:1), 83
Baş hakim: Milorad Maziç (Serbiya)
Kiyev, Olimpiya stadionu