Gürcüstanda yaşayan azərbaycanlılar yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) ləğv edilməsi üçün imzatoplama aksiyasına başlayıblar. Modern.az məsələyə Qafqaz Müsəlmanlar İdarəsindən (QMİ) münasibət öyrənməyə çalışıb.
Şeyxülislam Allahşükür Paşazadənin müavini Qəmər Cavadlı saytımıza bildirib ki, həmin aksiyada başqa bir ölkənin vətəndaşları iştirak etdiyindən Qafqaz Müsəlmanlar İdarəsi bu işə qarşımayacaq.
“Biz bunu o ölkənin öz daxili işi kimi qəbul edirik. Gürcüstanda yaşayan azərbaycanlıların belə bir aksiya keçirməsinə Qafqaz Müsəlmanlar İdarəsinin rəsmi olaraq hər hansı bir münasibət bildirmək fikri yoxdu”.
Qeyd edək ki, Gürcüstanda azərbaycanlı müsəlmanlar yeni yaradılan Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) ləğv edilməsi ümün imzatoplama aksiyasına başlayıblar. Aksiyaya avqustun 19-da Marneuli İmam Əli (ə) məscidində Məscid Şurasının və dindarların, Ali Dini Şuranın, “Vicdan” Dini və Milli Azlıqların Hüquqlarını Müdafiə Təşkilatının təşəbbüsü ilə başlanılıb.
Gürcüstan Müsəlmanlar İdarəsi bir müddən öncə yaradılıb və onun yaradılması bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin də narazılığına səbəb olub.
Mail Ağaxanov