Modern.az

Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevə və 29 məhkuma baş çəkiblər

Hüquq müdafiəçiləri Bəxtiyar Hacıyevə və 29 məhkuma baş çəkiblər

27 Avqust 2011, 17:17

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Sahib Məmmədov, Nazir Quliyev, Səidə Qocamanlı 14  saylı cəzaçəkmə müəssisəsində növbəti  başçəkmə-monitorinq keçiriblər.

İctimai Komitədən Modern.az-a bildirilib ki, monitorinqdən əvvəl İK üzvləri ilə birlikdə  Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı , İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova həmin müəssisədə cəza çəkən Bəxtiyar Hacıyevlə görüşublər. O saxlanma şəraiti və üzləşdiyi bir çox problemlər barədə ətraflı məlumat verib.  Bu məlumatlar araşdırılması üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

Görüşdən sonra İctimai Komitə üzvləri 14  saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər. Monitorinqdə İK üzvləri ilə yanaşı İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova iştirak edib. Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.

Eyni zamanda 29 nəfər  məhkumla onların istəklərinə uyğun olaraq  konfedisial söhbət aparıb və hüquqi yardım göstərilib.

Cəzaçəkmə müəssisəsində psixoloqla yanaşı, müəyyən vakansiyaların olması, görüş otaqlarının, yeməkxananın, yataqxana,  cərimə təcridxanasının standartlara cavab verməməsi və digər bir sıra məsələlər İK üzvləri tərəfindən çatışmamazlıqlar kimi qeyd edilmişdir.

Başçəkmə-monitorinqin nəticələri barədə ətraflı rəy hazırlanaraq Ədliyyə Nazirliyinə  təqdim edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal