Modern.az

Azərbaycanda 4 gün iş olmayacaq

Azərbaycanda 4 gün iş olmayacaq

Təhsil

27 Avqust 2011, 21:28


AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ramazan bayramının dəqiq tarixini açıqlayıb. Modern.az saytının məlumatına görə, rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, avqustun 29-da Bakı vaxtı ilə səhər təxminən saat 07-54-də yeni ay doğacaq. Ayı adi gözlə görmək mümkün olmadığına görə, həmin gün oruc tutulmalıdır. Avqustun 29-u bayram axşamı hesab olunur, avqustun 30-u isə bayramdır.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 4 gün dalbadal qeyri-iş günü élan olunub.

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2011-ci ilin 27 avqust istirahət günü ilə 29 avqust iş gününün yeri dəyişdirilib.
Bu dəyişiklik nəticəsində Azərbaycan ərazisində avqustun 28, 29, 30 və 31-i istirahət günləri olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, bayram günləri hava yağmursuz keçəcək. Avqustun 29-dan başlayaraq temperatur tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.
Avqustun 29-da Azərbaycanın paytaxtında havanın temperaturu 27-30, avqustun 30-dan sentyabrın 1-dək 32-34 dərəcə isti olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım