Modern.az

Aramsız yağış bu rayonları susuz qoydu

Aramsız yağış bu rayonları susuz qoydu

28 May 2018, 15:30

Bu gün ərzində bəzi yerlərdə içməli suyun verilişində fasilələr yaranacaq.

Bu barədə Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. 

A.Cəbrayıllı qeyd edib ki, bunun səbəbi ötən gün yağan aramsız yağışlardır: 

“Yağıntılarla əlaqədar Kür çayında bulanıqlıq artıb. Bu səbəbdən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bununla əlaqədar Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq”. 

Qurum rəsmisi fasilənin 28 may tarixində gün ərzində davam edəcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu