Modern.az

Paraqvay prezidenti istefaya gedib

Paraqvay prezidenti istefaya gedib

Dünya

28 May 2018, 21:32

Paraqvay prezidenti Orasio Kartes senator olmaq üçün Milli Konqresin rəhbərinə istefası ilə bağlı müraciət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat verib.

"Paraqvay respublikasının prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm", - deyə o bildirib. Kartes əlavə edib ki, səsvermə vaxtı xalqın ifadə etdiyi iradəsini yerinə yetirərək ölkə senatında xidmətini davam etdirəcək.

"Allah Paraqvayı qorusun"- , deyə o "Twitterdə"ki mikrobloqunda əlavə edib.

Kartes 2013-cü ilin avqustunda Paraqvayda hakimiyyətə gəlib. 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı