Modern.az

ABŞ və Şimali Koreya rəsmiləri Sinqapurda görüşür

ABŞ və Şimali Koreya rəsmiləri Sinqapurda görüşür

29 May 2018, 10:46

ABŞ və Şimali Koreyanın yüksək çinli rəsmiləri Sinqapurda görüşəcəklər.

 

Modern.az “Renxap” agentliyinə istinadən xəbər verir ki, görüş mayın 29-da baş tutacaq.

Şimali Koreya delaqasiyasını Dövlət Şurasının sədr müavini Kim Cxan Son, ABŞ-dan olan deleqasiyanı isə Operativ qərargah rəisinin müavini Co Xaqin başçılıq edəcək.

 

Tərəflər əvvəl mübahisə mövzusu olmuş liderlərin mümkün görüşünün təhlükəsizlik məsələsini həll edəcəklər.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ tərəfi liderlərin mümkün görüşündən imtina etməkdə səbəb kimi təhlükəsizlik məsələsinin hələ də müzakirə olunmadığını əsas gətirirdilər. Daha sonra isə bu barədə müzakirələr aparıla biləcəyi haqda məlumat verərək Şimali Korayaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etdilər.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır