Taylanddan qaçmış eks-baş nazir Yinqlak Çinavak 10 illiyinə Britaniya vizası alıb.
Modern.az BBC-nin Tayland xidmətinə istinadən xəbər verir ki, eks baş nazir öz ölkəsində 5 il həbs cəzası alıb.
Nəşrin verdiyi məlumata görə bu viza Çinavata Britaniyada 6 aydan çox qalmamaq şərti ilə ölkəyə müstəqil şəkildə giriş və çıxış imkanı verir.
Britaniya tərəfi bu barədə şərh verməkdən imtina edib. Onlar bunu adi siyasi sirr olduğunu əsas gətiriblər.
Tayland XİN-in rəsmi nümayəndəsi Busadi Santitaks isə bu barədə xəbərlərdən öyrəndiklərini bildirib.
“Biz bu barədə xəbərlərdən öyrənmişik, xüsusi informasiyaya malik deyilik” – Santitaks bildirib.
Qeyd edək ki, Yinqlak Çinavak Taylandda 2011-2014-cü illərdə baş nazir vəzifəsində çalışıb. Keçən il ölkənin ali məhkəməsi onu kənd təsərrüfatı istehsalçılarından girovlu alış dövlət proqramının realladırılmasında laqeydlikdə təqsirli bilərək 5 il şərti həbs cəzası verib. Lakin o məhkəmənin qərarından bir gün əvvəl ölkədən qaçıb.
Əvəz ZEYNALOV