Modern.az

Azərbaycanlı deputatdan NATO baş katibinə SUAL: “Niyə fikir bildirmirsiz?”

Azərbaycanlı deputatdan NATO baş katibinə SUAL: “Niyə fikir bildirmirsiz?”

29 May 2018, 12:10

Milli Məclisin deputatı Məlahət İbrahimqızı  24-28 may tarixlərində Varşavada keçirilən NATO Parlament Assambleyasının yaz sessiyyasında iştirak edib.

 

Modern.az  xəbər verir ki, deputat sessiyanın plenar iclasında NATO-nun baş katibi Yens Stoltenberqə sual ünvanlayıb.

M.İbrahimqızı bu barədə saytımıza danışıb:

 

“Bu gün sessiyanın plenar iclasında  Polşa Prezidenti, baş naziri, Parlamentin və Senatın rəhbərləri iştirak edib. Həmçinin iclasda  NATO-nun  baş katibi Yens Stoltenberq çıxış etdi. O çıxışında bu ilin iyul ayında  NATO-nun Brüsseldə keçiriləcək zirvə sammitində müzakirə olunacaq  gündəliklə bağlı fikirlərini söylədi.  

 

Bundan başqa yaz sessiyasından sammitə göndəriləcək deklarasiya ilə bağlı  müzakirələr oldu. Cənab Stolenberq  sammitin əsas məqsədinin Avroatlantik məkanda sabitlik, təhlükəsizliyin necə  qorunması olduğunu bildirdi.  Onun təqdimatından sonra çıxışlar və diskusiyyalar başladı”.

Deputat çıxışı zamanı  Azərbaycanın Avropa, eləcə də Avroatlantik məkanda rolu, xüsüsən də bu məkanın enerji təhlükəsizliyindəki əhəmiyyətini xatırladıb:

 

“Bundan sonra  baş katibə sual ünvanladım ki, nə üçün enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi ilə bağlı münasibətinizi və ya NATO-nun bununla bağlı hansı dəstəyi ola bilər kimi məsələlərə fikirlərinizi bildirmirsiniz?

Bir tərəfdən Azərbaycan uzun illərdir ki, separatizmlə, ekstremizmlə, terrorizmlə, ərazini işğal edən işğalçı qonşu Ermənistanla mübarizə aparır, hansı ki, bu problemlər indi də davam edir. Digər tərəfdən də Avroatlantik, Avropa məkanının enerji təhlükəsizliyində önəmli rola malikdir. Yaxın vaxtlarda TANAP, Şahdəniz 2 kimi önəmli layihələri gerçəkləşdirib.

 

Stolenberqin cavabı belə oldu:

 

“Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və yüksək qiymətləndiririk. Sonra Stolenberq davam etdi: Keçən il cənab İlham Əliyev Brüsselə rəsmi səfər etmişdi. Bu səfərdə İlham Əliyevlə NATO-nun Bsş qərargahında çox önəmli  görüşlər keçirildi. Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ konfliktinin ATƏT-in Minsk Qrupu məşğul olur, biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsini dəstəkləyirik”".

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu