Bakıda evdən 30 min dollar və 100 min manatlıq qızıl oğurlayan dəstənin daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini Familə Vəliyeva saxlanılıb.