Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb.
“BakuBus” MMC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüntülərə baxış zamanı səkidə dayanmış piyadanın qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət avtobusun yoluna çıxması müəyyən edilib:
“Nəticədə piyada həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.
Mayın 22-də Bakı şəhəri, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri təqdim edirik: