Modern.az

Bu gün kolleclərə qəbul imtahanları keçirildi

Bu gün kolleclərə qəbul imtahanları keçirildi

Təhsil

28 Avqust 2011, 16:16

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
TQDK-dan bildirilib ki, ümumilikdə qəbul imtahanında iştirak etmək üçün 31 min 251 abituriyent ərizə təqdim edib.
Ayrılmış 9 min 642 plan yerindən 8 min 449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer isə birgə müsabiqə aparılan ixtisaslara aiddir.
Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçirilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlayıb və saat 14.30-da başa çatıb.
Abituriyentlər hər fəndən 15 sual olmaqla “Ana dili”, “Azərbaycan tarixi” və “Riyaziyyat”dan imtahan veriblər. İmtahanın nəticələrinin sentyabrın 3-dək açıqlanacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım