Rusiya Xəzər dənizində donanma üçün 4-5 milyard rubl məbləğində yeni hərbi baza yaradır.
Modern.az Rusiya Dövlət Satınalmaları saytına istinadən xəbər verir ki, yeni bazanın layihə-kəşfiyyat işlərinə 459 milyon rubl xərclənəcək.
Rusiyanın Xəzər donanması üçün yeni baza Dağıstan ərazisində yerləşəcək. Baza 129 hektar ərazini əhatə edəcək.
Bazanın tikilişinin birinci mərhələsi 2018-ci ilin iyulun 11-də başlayacaq. Bazanın 2020-ci ilin fevralın 14-də təhvil verilməsi planlaşdırılır.
Birinci mərhələ, bəndlərin tikintisini nəzərdə tutur. İkinci mərhələ isə qoruyucu hidravlik strukturlar kompleksinin yaradılmasını, yeni qurulan su sahəsində qazma işləri, istehkam divarları və onunla əlaqədar bir sıra mühəndislik şəbəkələrinin yaradılmasını nəzərdə tutur.
Yeni bazanın tikilməsinin tam xərcləri açıqlanmır. Ekspertlər bu xərclərin əsasən 3-4%-nin layihə-kəşfiyyat işlərinə xərclənəcəyini bildirir.
Lakin Rusiya Müdafiə Nazirliyinə daha yaxın mənbənin “RBK”ya verdiyi məlumatda başqa maralı nüanslar ortaya çıxır.
“Əgər obyekt sıfırdan qurulursa, bu, tədqiqat işlərinə daha çox pul lazım olacağı deməkdir. Bu halda tədqiqat işlərinə çəkiləcək xərclər ümumi məbləğin 10 %-ni təşkil edəcək” – mənbədən bildirilib.
Əvəz ZEYNALOV