Hazırki beynəlxalq siyasət dünyanı yeni iqtisadi böhrana təhrik edə bilər.
Modern.az “The Finanical Times”a istinadən xəbər verir ki, bu barədə məşhur maliyyəçi, milyarder Corc Soros bəyan edib.
Onun sözlərinə görə Avropa Birliyi qaçqınlar, birliyin parçalanması və sərt iqtisadi siyasət kimi üç ciddi problemlə üzləşib.
“Avropa İttifaqı hazırda formalaşan böhran içərisindədir. Yanlış gedə biləcək hər şey yanlış getdi. Dünyanı dərin qlobal iqtisadi böhran gözləyir” – deyə Soros bildirib.
O həmçinin ABŞ-ın İranla nüvə razılaşmasını tərk etməsi və rüsumlarlar bağlı yaranmış qeyri-müəyyənliyin başda Almaniya olmaqla, Avropa İqtisadiyyatına zərər verəcəyini düşünür.
Əvəz ZEYNALOV