Modern.az

İsrail hökuməti Qəzza ilə bağlı fövqəladə iclas keçirəcək

İsrail hökuməti Qəzza ilə bağlı fövqəladə iclas keçirəcək

29 May 2018, 21:58

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar yaxın saatlarda fövqəladə iclas keçirəcək.

Modern.az xəbər verir ki, bu haqda “NEWSru.co.il” məlumat yayıb.

İclasda ölkənin müdafiə naziri, baş qərargah rəisi, təhlükəsizlik xidmətinin rəhbəri və digər güc strukturları rəhbərlərinin iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, Qəzza ilə İsrail sərhədində vəziyyəti yenidən gərginləşib. Qəzza zolağından İsrailin raket və minaatanlardan atəşə tutulması nəticəsində üç İsrail hərbçisi yaralanıb. Mərmilərdən biri uşaq bağçasının ərazisində düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır