Modern.az

Fələstin ABŞ-ı məhkəməyə verir

Fələstin ABŞ-ı məhkəməyə verir

Dünya

30 May 2018, 00:27

Fələstin azadlıq təşkilatının icraiyyə komitəsinin baş katibi Saib Arikat BMT-nin Beynəlxalq məhkəməsinə ABŞ hökumətindən şikayət edəcəklərini bəyan edib.

 

Modern.az  xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə keçirməsidir.

 

“Şikayət ərizəsi yaxın günlər ərzində hazırlanacaq”, - deyə Arikat bildirib.

 

Qüdsün statusu – qızğın müzakirə mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto olaraq buraya getmək hüququndan məhrumdur.

 

İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. (oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi