Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.