Ukrayanın baş naziri Boris Qroysman ötən axşam Kiyevdəki mənzilində öldürülən jurnalist Arkadi Babçenkonun qətlinə görə Moskvanı ittiham edib.
Modern.az Ukrayna KİV-nə isitnadən xəbər verir ki, eyni ittihamları xarici işlər naziri Pavel Klimkin də təkrarlayıb.
“Rusiya totalitar maşını Babçenkonun baxışlarını ona əfv etməyib”-deyə Qroysman deyib.
Arkadi Babçenko öz evinin kandarında muzdlu qatilin açdığı atəşlə qətlə yetirilib. O 2007-ci ildə siyasi baxışlarına görə Rusiyanı tərk etmişdi. Babçenko Çeçenistan, Gürcüstan və Donbas kimi qaynar nöqtələrdə çalışmışdı.