Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin Enerji Məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk 29 mayda Azərbaycanın “Şahdəniz II” təbii qaz yatağından “ilk qaz”-ın 40 milyard dollar dəyəri olan Cənub Qaz Dəhlizi layihəsinə çatdırılması mərasimində və 25-ci Xəzər Neft və Qaz Sərgisinin (COGS) açılışında iştirak edib.
Bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Oudkirk bildirib ki, bu layihə Türkiyə və Avropanın qaz təminatıni şaxələndirir, onların enerji təhlükəsizliyinə təkan verir.
O, Avropa və dünya enerji bazarlarına inteqrasiyasi sayəsində Xəzər bölgəsi dövlətlərinə faydalanmağa imkan yaradan mötəbər məqsədin əldə olunması münasibətilə iştirakçı ölkələri və şirkətləri təbrik edib.
Oudkirk Birləşmiş Ştatların hökumətinin Cənub Qaz Dəhlizinin uzunmüddətli uğuruna dair öhdəliyinin yenidən vurğulayıb.
Ümid etdiyini bildirib ki, bölgənin digər dövlətləri də Avropanın qaz təchizatının diversifikasiyasına töhfə verərək Avropa ilə ticarət əlaqələrindən faydalanacaq.
Oudkirk ABŞ prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik ildönümünə həsr olunmuş təbrik məktubuna istinad edib.
“Prezident Tramp qeyd edib ki, ABŞ-ın enerji məsələləri üzrə Azərbaycanla onilllərdir etdiyi əməkdaşlıq Avropada enerji təhlükəsizliyini artırmaq üçün vacibdir. Cənub Qaz Dəhlizi ilə ilk qazın çatdırılması qazanılmış böyük nailiyyətlər sayəsində ən yüksək nöqtəyə çatıb.
Birləşmiş Ştatların müxtəlif administrasiyaları Cənub Qaz Dəhlizinə həm Avropanın enerji təhlükəsizliyinə verdiyi vacib töhfəyə həm də Xəzər bölgəsi, Aralıq dənizi və İraqdan olan enerji təchizatçıları üçün imkanlar yaratmasına görə güclü dəstək verib”.
Oudkirk prezident İlham Əliyevlə və enerji şirkətləri ilə görüşlər keçirərək Azərbaycanın və bölgənin enerji təhlükəsizliyinə dair müakirələr aparıb.
O həmçinin regionda fəaliyyət göstərən enerji sahəsi üzrə peşəkarlar və şirkətlər üçün ABŞ-Birləşmiş Krallıq Səfirlikləri tərəfindən təşkil olunan ziyafətdə iştirak edib.