Modern.az

Metronun “Sahil” stansiyası açılışa hazırdır

Metronun “Sahil” stansiyası açılışa hazırdır

30 May 2018, 13:06

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası açılışa tam hazırdır.

 

Modern.az-ın əməkdaşının stansiyadan keçən qatarda apardığı müşahidəyə əsasən, stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtü yenilənib. Hətta stansiyanın divarlarına reklam lövhələri də asılıb. Hazırda “Sahil”də təmirdən sonra təmizlik işləri görülür.

 

Xatırladaq ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir. Bu səbəbdən də stansiyadan çəkdiyimiz foto effektsizdir.

 

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləsə də, stansiyanın açılacağı tarixi dəqiq deməyib.

 

Qeyd edək ki, stansiya təmirə bağlanarkən 1 iyul 2018-ci ildə yenidən sərnişinlərin ixtiyarına veriləcəyi açıqlanmışdı.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu