Modern.az

Türkiyə Silahlı Qüvvələri: "160 terrorçu öldürülüb, 100-dən çoxu yaralanıb"

Türkiyə Silahlı Qüvvələri: "160 terrorçu öldürülüb, 100-dən çoxu yaralanıb"

Təhsil

30 Avqust 2011, 09:28


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 17-22 avqust 2011 tarixləri arasında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 145-160 terrorçunun öldürüldüyü bildirlir. Modern.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından məlumat verilib.

Məlumata görə, göstərilən tarixlərdə Türkiyə sərhədlərindən kənarda aparılan əməliyyatlar nəticəsində təxminən 145-160 terrorçu öldürülüb, 100-dən çoxu isə yaralanıb.

Baş qərargahın açıqlamasında deylir ki, Türk Silahlı Qüvvətləri tərəfindən 17-22 avqust 2011 tarixləri arasında İraqın Şimalı və Şam Dağı bölgəsinə hərbi əməliyyatlar icra edilib.

23-24 avqustda terrorçuların həmin bölgələrdəki gizlin yerləri müəyyənləşdirlib və Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən bölücü terror təşkilatına aid hədəflər 21 dəfə vurulub.

25-28 avqustda 38 hədəf sıx olaraq atəş altına alınıb.

Hava hərəkatı və topçu atışlarında bölücü terror təşkilatına aid olduğu qəti olaraq təsdiq edilən hədəflər seçilib.

”Ayrıca bu müddətdə yurd içindəki terrorist yuvaları da havadan və qurudan atəş altına alınmışdır” deyə rəsmi açıqlamada bildirilib.

Qeyd edilib ki, bölücü terror təşkilatının fəaliyyətləri İraqın Şimalı və yurd içində yaxından izləniləcək, hava və quru əməliyyatlarına dayanıqlılıqla davam ediləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım