Nigeriyalı futbolçu, “Olimpiakos” klubunun hücumçusu Emmanuel Emenike “Miss Nigeriya-2014”ün qalibi olan 23 yaşlı İheomi Nadi ilə evlənib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi Nigeriyanın Laqos şəhərində keçirilib.
Maraqlıdır ki, bundan əvvəl, hücumçu Nigeriya "Miss-2013”ün qalibi Ezin Akudo ilə evli olub.