ABŞ prezidenti Barak Obamanın administrasiyası Suriya xarici işlər naziri Vəlid Əl Müəllimi "utanmaz piyada" olaraq xarakterizə edib.
Modern.az CNNtürk-ə istinadən bildirir ki, ABŞ XİN-in sözçüsü Viktoria Nuland Müəllim üçün diplomatik etiketlərə uyğun gəlməyən sözlərdən istifadə edərək Suriya xarici işlər nazirinin "utanmaz bir piyada və dövlət başçısı Bəşər Əsədin vəkili" olduğunu söyləyib.
Noland Müəllimin Suriya hökumətinin 5 aydır müxalifi məhvetə əməliyyatlarında işlədiyi cinayətlərdə fərdi məsuliyyət daşıdığını vurğuyayıb. .
Viktoria Nuland Müəllimi hökumətinin vəhşiliyini və müttəfiqi İrandan aldığı dəstəyi saxlamağa çalışmaqda xüsusi rol almaqla da günahlandırıb.
Nuland bilidirib ki, Müəllim Suriyada keçirilən mitinqlərin dağıdılması üçün İrandan strateji və texniki dəstək təmin edilməsinə kömək canfəşanlıq edib.