Modern.az

Xanhüseyn Kazımlı : “İtirən Azərbaycan, qazanan Ermənistan olub”

Xanhüseyn Kazımlı : “İtirən Azərbaycan, qazanan Ermənistan olub”

1 Sentyabr 2011, 10:07

“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dəymiş olan maddi - mənəvi zərərin ayrı-ayrı dairələr tərəfindən hesablanması və onun  müxtəlif məclislərdə fərqli  təqdimatı  bir ziyalı,bir millət vəkili, bir azərbaycanlı kimi məni qane etmir”.  
Modern.az saytının məlumatına göğrə, bu sözləri Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili , Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, MDB Qiymərləndiricilər Birlikləri Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universiteti “Qiymət və Qiymətləndirmə” kafedrasının müdiri Xanhüseyn Kazımlı  bildirib.

ProfessorX.Kazımlı hesab edir ki,  Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları hər qarışına qədər dəqiq təyinatı üzrə hesablanmalı və həmin istifadə təyinatı üzrə Beynəlxalq Qiymətləndirmə Standartlarına (İVS) istinad edərək onun dəyəri müəyyənləşdirilməlidir . Onun sözlərinə görə, işğal zamanı məhv olmuş, habelə hazırda işğal altında olan daşınar və daşınmaz əmlakın, rabitə və nəqliyyat vasitələrinin, şosse və dəmir yol xətlərinin dəyəri sadəcə məsrəf  metodu ilə deyil, gəlirlərin kapitallaşdırılması, biznesin qiymətləndirilməsi qaydasında hesablanmalıdır.  Millət vəkili həmçinin qeyd edib ki, erməni işğalına, eləcə də beynəlxalq qurumların və hegemon dövlətlərin laqeyd münasibətlərinə məruz qalan Azərbaycan dövləti hətta atəşkəsdən sonra belə özünümüdafiəyə böyük məbləğdə vəsait sərf edir :

“ Əgər erməni riyakarlığı olmasaydı dövlət büdcəsində müdafiə xərclərinin ilbəil artırılmasına da ehtiyac qalmazdı. Həmin vəsaiti ölkənin sosial iqtisadi inkişafına yönəltməklə Azərbaycanın daha böyük tərəqqisinə nail olmaq imkanları yaranardı”.

 Daha sonra  Ermənistanın , onun pərdəarxası havadarlarının  mövqeyini müharibə və münaqişə adlandıranların  yanıldıqlarını iddia edən X.Kazımlı 20-ci yüzillikdə ən böyük müharibənin  Almaniya ilə keçmiş SSRİ arasında baş verdiyini bildirib:

“Bu müharibənin özünün də başlanma səbəbləri bütün bəşəriyyətə bəlli olmaqla və son nöqtəsi 5 ilə yekunlaşıb. Yəni, həmin müharibənin xarakteri və sülhün şərtləri müəyyən edilərək özünün dəqiqliyi ilə tarixin səhifələrində həkk olunub. Lakin, əsrlər boyu davam edən riyakarlıq nəticəsində itirən Azərbaycan, qazanan isə Ermənistan olması siyasəti hələ də davam etməkdədir. İşğal nəticəsində elə tarixi abidələr və muzeylər itirilib ki, onların dəyəri sadəcə əmlakın dəyərinin hesablanması qaydasında deyil, xüsusi beynəlxalq yanaşmalarla  müəyyən edilməlidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı