Modern.az

Yerli və mərkəzləşmiş gəlirlərdə azalma olub

Yerli və mərkəzləşmiş gəlirlərdə azalma olub

31 May 2018, 13:10

"2017-ci ilin sonuna Azərbaycanın ümumi dövlət borcu 17 milyard manat, adambaşına borc isə 1 718,3 manat təşkil edib".

 

Modern.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

 

Palata sədri bildirib ki, ümumi borcun 93,9% i xarici borcların payına düşür.

 

Gülməmmədov bildirib ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.

 

"Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb.

 

Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb.

 

Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proqnoza qarşı mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər