“Fiziki şəxslərin vergiləri kəsirlə icra etməsi müəyyən səbəblə izah olunur. Bunun əsas səbəbi sahibkarın vəziyyəti ilə bağlıdır”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu problemin həlli üçün sahibkara dəstək olunmalıdır.
“Yalnız bundan sonra istənilən səviyyədə vergi toplana bilər. Bu olmayanda vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur.
Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir.
Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə islahatlar vətəndaşı nəzərə alınaraq aparılmalıdır. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşda fonda ödəniş etməkdə maraq yaratmır”.