“Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 255 min kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Komitə sədri bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu sahədə böyük işlər görüb və hazırda proses davam edir.
“Həmçinin həmin torpaqlarda nələrin əkilməsi ilə bağlı təkliflər hazırlanıb. Onlar insanların istifadəsinə veriləcək. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirəm.
Çünki həmin torpaqların yenidən dövriyyəyə qaytarılması kənd təsərrüfatı istehsalının artırılması deməkdir”.