Modern.az

Aqil Abbas əkin sahələrinin yandırılmasının TƏRƏFDARIDIR

Aqil Abbas əkin sahələrinin yandırılmasının TƏRƏFDARIDIR

31 May 2018, 14:36

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas bu qadağanın anlaşılmaz olduğunu bildirib.

 

Modern.az-ın məlumatına görə, Aqil Abbas deyib ki, torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur.

 

Deputat qeyd edib ki, yanan hissə gübrəyə çevrilir: “Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?”.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, mütəxəssislər torpağın yandırılmasının əleyhinədir. “Torpağın üz qatının yandırılması olduqca ziyanlıdır. Samanın torpaqla qarışdığı zaman verdiyi mineral effekt yanan zaman olmur. Dəyişikliyin izahı budur...

 

O ki qaldı ziyanvericilərlə bağlı məsələyə, o elə bir şeydir ki, yandırmaqla düzələn deyil, qaçıb gedirlər. Həmin ziyanvericilərlə mübarizənin ayrıca üsulları var”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər