Modern.az

Yeni sürücülük vəsiqələri 2019-cu ildən veriləcək

Yeni sürücülük vəsiqələri 2019-cu ildən veriləcək

31 May 2018, 14:44

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ilin yanvarın 1-dən başlanılacaq.

 

Modern.az-ın məlumatına görə, 2019-cu ilin yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalacaq.

Vətəndaşlar sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilərlər.

Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

 

Dəyişiklik Milli Məclisin bugünkü iclasında səsə qoyularaq qəbul edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər