Modern.az

Vergilər Nazirliyindəki işçilərin sayı və yaş həddi məlum olub

Vergilər Nazirliyindəki işçilərin sayı və yaş həddi məlum olub

Təhsil

1 Sentyabr 2011, 12:09

Vergilər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, son illər Azərbaycanın vergi sistemində aparılan islahatların əsas istiqamətlərindən biri də kadr islahatlarıdır. Bu islahatlar çərçivəsində vergi orqanı əməkdaşlarının sayı xeyli azaldılıb, ölkəmiz MDB, habelə Avropadaxili Vergi Administrasiyaları təşkilatına (İOTA) üzv olan ölkələr arasında vergi orqanı əməkdaşlarının optimal sayına görə (cəmi 2355 nəfər) ən qabaqcıl yerlərdən birini tutur.

“İşə qəbul olunanlar arasında gənclərə daha çox üstünlük verilir. Həyata keçirilən tədbirlər nəticəsində vergi orqanlarında çalışanlar arasında həm gənc, həm orta, həm də daha təcrübəli nəsillərin nümayəndələri arasında optimal balans əldə olunub”.

Hazırda ölkəmizin vergi orqanı əməkdaşlarının 29,1 faizinin yaşı 30-a qədər, 12,3 faizinin yaşı 30-35 yaş arasında, 9,1 faizinin yaşı 36-40, 11,9 faizinin yaşı 41-45, 14,6 faizinin yaşı 46-50 yaş arasında, 22,9 faizinin yaşı isə 50-dən yuxarıdır. 5 nəfərin yaşı 65-dən çoxdur ki, bu da vergi sistemində çalışanların cəmi 0,2 faizini təşkil edir.

Bütövlükdə vergi əməkdaşlarının 77 faizinin yaşı 50-dən aşağıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım