Modern.az

Zidanı onlardan biri əvəz edəcək

Zidanı onlardan biri əvəz edəcək

Dünya

31 May 2018, 20:56

 

 

Zinəddin Zidanın istefasından sonra “Real”da boş qalan posta Londonun “Totenhem” klubunun baş məşqçisi Maurisio Poçettino  əsas namizəddir.

 

Argentinalı mütəxəssislə ingilis klubu arasında bağlanmış müqavilə 2023-cü ildə bitir. Son mövsümdə “mahmızlar” İngiltərə premyer liqasında üçüncü yeri tutub.

 

“AS” nəşri isə kral klubunun yeni baş məşqçisi postuna namizədlərin siyahısını genişləndirib. İnformasiyaya görə namizədlər arasında Almaniyadan Yoahim Lev,  “Liverpul”un çalışdırıcısı Yurqen Klop,  London “Arsenal”nın keçmiş baş məşqçisi Arsen Venqer və klubun keçmiş futbolçusu Quti var.

 

Xatırladaq ki, mayın 31-də Zidan “Real” klubundan getdiyi elan edib. Mətbuat konfransında “Zizu” komandanın qələbələr seriyasını davam etdirməsi üçün klubda dəyişikliklərə ehtiyac olunduğunu vurğulayıb. Zidanın başçılığı altında “Real” ard-arda üç dəfə Çempionlar Liqasının qalibi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır