Ermənistan hökuməti iyunun 1-də keçirdiyi iclasda 8 yeni qubernatorun təyinatını təsdiqləyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Araqatsotn vilayətinin qubernatoru postuna Aşor Simonyan, Ararat vilayətinə Qarik Sarkisyan, Kotayk vilayətinə Romanos Petrosyan, Tavuş vilayətinə Vaqe Qalumyan, Şirak vilayətinə Karen Saruxanyan, Qeqarkunik vilayətinə İşxan Sqatelyan, Lori vilayətinə Qrant Markaryan və Vayots Dzor vilayətəinə isə Araqats Saqatelyan təyin olunub.
Daha 2 bölgənin qubernatoru yaxın günlərdə təyin olunacaq.