Gürcüstan prezidenti Georgi Marqvelaşvili 2017-ci ilin dekabrında Tbilisidə küçə davası zamanı öldürülən yeniyetmə Zaza Saralidzenin atası ilə görüşüb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, parlamentin qarşısında çadır quran ata övladının qatillərinin cəzalandırılmasını tələb edir.
Etirazçılar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirdilər. Lakin o istefa verməyəcəyini açıqlamışdı. Cinayət işinin araşdırılması fonunda Baş prokuror istefa vermişdi.