Modern.az

Avropada yaşayan uşaqların sayı açıqlandı

Avropada yaşayan uşaqların sayı açıqlandı

Aktual

1 İyun 2018, 16:54

Avropada 65,4 milyon uşaqlı ailə yaşayır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Statistika Komitəsi “ Dünya Uşaqlar Günü “ münasibətilə Avropa İttifaqındakı ölkələrdə uşaq sayına dair məlumat açıqlayıb. Açıqlamada bildirilir ki, Aİ-da yaşayan 220 milyon ailənin təxminən üçdə biri uşaqlıdır.

 

Bu ölkələrinin arasında İrlandiya birinci yerdədir. Ölkədə yaşayan ailələrin 40%-i uşaqlıdır. İkinci yerdə Cənubi Kipr və Polşa gəlir-37%. İlk üçlükdə olan ölkələri Slovakiya 36%, Portuqaliya və Ruminiya isə 35% ilə izləyir. Uşaqlı ailələrin ən az olduğu ölkələr isə Almaniya və Finlandiya ( 22%), Bolqarıstan ( 25%), Avstriya ( 26 %) və İsveçdir ( 27%).

 

Avropa İttifaqı ölkələri arasında uşaqlı ailələrin 47%-ində təkuşaqlıdır. 40%-I ikiuşaqlı, 13%- isə çoxuşaqlı ailələrdir. Üç və ya daha artıq uşaqlı ailələr ən çox İrlandiya, Belçika, Finlandiya, Fransa və İngiltərədə yaşayır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır